Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan və Türkiyə regional enerji mənzərəsinin təhlükəsizlik mühitinə təsirləri haqqında daha aydın təsəvvür yaratmaq üçün tendensiyalar üzərində işləyirPrezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında deyib ki, layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək.
Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı enerji problemindən xilas etmiş olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində Azərbaycanla daha əvvəlki strateji təşəbbüsləri tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyin bir nişanəsi olacaq.
BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək.
Layihə Azərbaycandan gələn qazın Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülməsi ilə reallaşır.
Göründüyü kimi, bu layihə Azərbaycan və Türkiyənin əvvəlki illərdə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, TANAP) məntiqi davamı olaraq müttəfiqlik geosiyasətinə yeni rəng verəcək.Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Azərbaycan və Türkiyə strateji müttəfiqliyi ümumi planda enerji və geosiyasətin birləşməsini regional sabitliyin meyarı kimi təşviq edir.
Ekspert vurğulayıb ki, enerji diplomatiyası Cənubi Qafqazdakı maraqların kəsişməsində çətinlikləri və imkanları izləmək fonunda xüsusi bir dəyər qazanır:"Beləliklə, Azərbaycan və Türkiyə yaranan riskləri müəyyən etmək, regional enerji mənzərəsinin təhlükəsizlik mühitinə təsirləri haqqında daha aydın təsəvvür yaratmaq üçün tendensiyalar üzərində işləyir.