Icma.az
close
up
RU
Bakı və Ankara yol xəritəsi hazırlayır ŞƏRH

Bakı və Ankara yol xəritəsi hazırlayır ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Türkiyə regional enerji mənzərəsinin təhlükəsizlik mühitinə təsirləri haqqında daha aydın təsəvvür yaratmaq üçün tendensiyalar üzərində işləyir


Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında deyib ki, layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı enerji problemindən xilas etmiş olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində Azərbaycanla daha əvvəlki strateji təşəbbüsləri tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyin bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Layihə Azərbaycandan gələn qazın Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülməsi ilə reallaşır. Göründüyü kimi, bu layihə Azərbaycan və Türkiyənin əvvəlki illərdə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, TANAP) məntiqi davamı olaraq müttəfiqlik geosiyasətinə yeni rəng verəcək.


Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Azərbaycan və Türkiyə strateji müttəfiqliyi ümumi planda enerji və geosiyasətin birləşməsini regional sabitliyin meyarı kimi təşviq edir. Ekspert vurğulayıb ki, enerji diplomatiyası Cənubi Qafqazdakı maraqların kəsişməsində çətinlikləri və imkanları izləmək fonunda xüsusi bir dəyər qazanır:


"Beləliklə, Azərbaycan və Türkiyə yaranan riskləri müəyyən etmək, regional enerji mənzərəsinin təhlükəsizlik mühitinə təsirləri haqqında daha aydın təsəvvür yaratmaq üçün tendensiyalar üzərində işləyir. Hazırkı çoxqütblü dünyanın üç böyük gücünün – ABŞ, Rusiya və Çinin ambisiyaları, nüfuz dairələrini formatlamaq uğrundakı mübarizələri və sövdələşmələri bütün regionlara təsirlərini göstərir. Liderlərin müzakirələri həm də üç qlobal mərkəzin Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya, Transatlantik məkan üzərindəki maraqları ilə diqqət çəkir. Cənubi Qafqaz ABŞ ilə Rusiyanın Ukraynadakı müharibə üzərindən qurduğu sövdələşmə mexanizmindən, Çinin buna verə biləcəyi reaksiyalara regional həssaslığını saxlayır. Azərbaycanla Türkiyə buna görə də resurslarını daha sıx birləşdirməyi, strateji qüdrətini daha da artırmaq imkanlarını müzakirə etmək üçün prezidentlərin müzakirələrini aktuallaşdırır. Bakı ilə Ankara arasındakı ali səviyyəli müzakirələr qlobal və regional çağırışların effektiv həlli üçün yol xəritəsini hazırlayır. İlk növbədə, Azərbaycan və Türkiyə ABŞ, Rusiya və Çin arasındakı faktiki bölgülərin yarada biləcəyi atmosferə səmərəli və faydalı əməkdaşlıq niyyətləri ilə daxil olmağı hədəfləyir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı Azərbaycanla Türkiyənin həm geoiqtisadi, həm geosiyasi, ümumilikdə isə strateji manevr imkanlarını çevikləşdirən səhnədir. TDT çərçivəsindəki iqtisadi məhsuldarlıq, türk dövlətləri daxilindəki bütün sahələr üzrə həmrəylik Avrasiya geosiyasətindəki təhlükəsizlik indikatoru kimi çıxış edir. Lakin TDT üzrə tamamlanacaq işlər də var ki, bu da Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizi ilə əlaqəli şəkildə üzə çıxır. Bu mənada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh gündəliyi və onların Zəngəzur dəhlizi parametrlərindəki nişanələri xüsusi əhəmiyyət kəsb edir". 


A.Kərimov bəyan edib ki, Azərbaycanla Türkiyənin müttəfiqlik əlaqələri və hərbi-texniki əməkdaşlıq modeli güclü çəkindiricilik qabiliyyətinə malikdir: 

"Regionda ambisiyalar formalaşdırmaq istəyən bütün güclər bu faktla hesablaşırlar. ABŞ Prezidenti Donald Tramp administrasiyasının yürütdüyü siyasətə uyğun şəkildə Vaşinqtonla əlaqələrdə yeni səhifənin açılacağı ehtimalları güclənir. Bunun fonunda ABŞ ilə Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının İrəvan üçün effektivliyi və praktiki əhəmiyyəti qalmır. Türkiyə NATO-nun güclü orduya və döyüşən canlı qüvvəyə malik ölkəsi kimi Qərblə əlaqələrindəki problemlərini aradan qaldırır. Bu, Azərbaycanın da NATO ilə əməkdaşlıq kanallarının şaxələnməsində böyük üstünlüklər yaradır. Rusiya ilə əlaqələrdə bərabərtərəfli hüquq və təhlükəsizlik bölgüsünə əsaslanan münasibətlər sistemi qurulub və Moskva Bakı-Ankara müttəfiqliyi ilə əlaqələrə üzləşdiyi geosiyasi risklərə görə xüsusi əhəmiyyət verir. Yaxın Şərqdə strateji olaraq zəifləmiş İran Cənubi Qafqazdakı siyasətini Bakı-Ankara müttəfiqliyi ilə uyğunlaşdırılmış şəkildə qurmağa məcburdur. Donald Tramp administrasiyasının da İranla bağlı strategiyası Tehranı region ölkələri ilə əməkdaşlığa təşviq edir və burada artıq Ermənistanla bağlı qırmızı xətlər unudulur. Göründüyü kimi, Ermənistanın qlobal və regional proseslərdəki onsuz da zəif olan mövqeləri daha təhlükəli vəziyyətlə üzləşir. Belə olduğu təqdirdə, Ermənistanın təhlükəsizlik qarantiyası üçün Azərbaycan və Türkiyə strateji müttəfiqliyinə müraciəti İrəvanın gələcəyi baxımından ağlabatan olardı. Hərçənd ki, Ermənistan hələ nə Zəngəzur dəhlizi ilə əlaqədar konstruktiv mövqe sərgiləyir, nə də Azərbaycanla sülh gündəliyinə birdəfəlik sadiqlik göstərir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Mart 2025 05:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri