Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hökumətlərarası Komissiyanın iclasında yeni hədəflər müəyyən edilib Bakıda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib.
İclasda iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, neft və qaz, rəqəmsal inkişaf, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.
Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, sıx tarixi, dini və mədəni əlaqələrə malik iki dost ölkə olan Azərbaycan və İraq arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Hazırda tərəflər arasında ticarət dövriyyəsinin həcmi mövcud imkanları əks etdirmir, bu baxımdan ticari mübadilələrin artırılması üçün səylərin artırılmasına ehtiyac var.
Birgə Komissiya qarşısında duran əsas məsələlərdən biri də məhz iqtisadi-ticari mübadilələrin artırılmasını təşviq edən səmərəverici alətlərdən istifadəni gücləndirməkdir.
“ASAN xidmət” modeli İraqda tətbiq olunacaq Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, rabitə naziri Hayam Al-Yasir bildirib ki, Azərbaycan və İraq yaxın dost və etibarlı tərəfdaş ölkələr kimi siyasi-iqtisadi sahələrdə son illərdə təmasları artırmaqdadır.
Tərəflər müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləyir, qarşılıqlı olaraq bir çox layihələrin reallaşmasında fəal mövqe nümayiş etdirir.