Bakı və Bağdad iqtisadi əlaqələri artırmaq niyyətindədir
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hökumətlərarası Komissiyanın iclasında yeni hədəflər müəyyən edilib
Bakıda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib. İclasda iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, neft və qaz, rəqəmsal inkişaf, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb. Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, sıx tarixi, dini və mədəni əlaqələrə malik iki dost ölkə olan Azərbaycan və İraq arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Hazırda tərəflər arasında ticarət dövriyyəsinin həcmi mövcud imkanları əks etdirmir, bu baxımdan ticari mübadilələrin artırılması üçün səylərin artırılmasına ehtiyac var. Birgə Komissiya qarşısında duran əsas məsələlərdən biri də məhz iqtisadi-ticari mübadilələrin artırılmasını təşviq edən səmərəverici alətlərdən istifadəni gücləndirməkdir.
“ASAN xidmət” modeli İraqda tətbiq olunacaq
Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, rabitə naziri Hayam Al-Yasir bildirib ki, Azərbaycan və İraq yaxın dost və etibarlı tərəfdaş ölkələr kimi siyasi-iqtisadi sahələrdə son illərdə təmasları artırmaqdadır. Tərəflər müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləyir, qarşılıqlı olaraq bir çox layihələrin reallaşmasında fəal mövqe nümayiş etdirir. Nazir vurğulayıb ki, iki ölkə arasında iqtisadi münasibətlərin hərarətinə 2011-ci ildən fəaliyyət göstərən Ticarət, iqtisadiyyat, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyası da mühüm töhfə verib. Komissiya bir çox istiqamətlər üzrə real addımların atılmasında təşviqedici və dəstəkləyici fəaliyyət göstərib. Nəticədə iki ölkə arasında iqtisadi dövriyyənin artımında müsbət dinamika daha da güclənib.
İraq Azərbaycanın şəffaflıq modeli olan “ASAN xidmət”i də tətbiq etmək niyyətindədir. İraqın rabitə naziri Həyam Əlyasirin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olarkən vurğulayıb ki, birgə əməkdaşlıq çərçivəsində bu layihə üzrə Azərbaycanın təcrübəsi mənimsəniləcək.
Azərbaycan-İraq Biznes Şurası investisiyaları təşviq edir
İki ölkə arasında iqtisadi təmasların irəliyə aparılmasında əhəmiyyətli paltforma kimi Azərbaycan- İraq Biznes Şurasının fəaliyyəti də mühüm yer tutur. Tərəflər Şuranın da fəaliyyətinin aktivləşdirilməsini və investisiya-ticari mübadilələrdə yeni təkliflər hazırlanmasının vacibliyini xatırladıb. Qeyd edək ki, hazırda 170-ə yaxın İraq şirkəti Azərbaycanda müxtəlif sektorlar üzrə fəaliyyət göstərir. Azərbaycan şirkətləri İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və bu ölkədə inşaat, enerji, su təchizatı, yol və körpülərin tikintisinə tələbin mövcudluğu şirkətlərin İraqda fəaliyyəti üçün yeni imkanlar açır.
İki ölkənin biznes icmasının və iqtisadi sahələri təmsil edən dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən Biznes-forumlar isə ticari-iqtisadi əlaqələrin artırılması, investisiya imkanlarının qiymətləndirilməsi, yeni layihələrdə əməkdaşlığın təmin edilməsi istiqamətində mühüm platforma rolunu oynamaqdadır. Ötən il Azərbaycan İqtisadiyyat Nazirliyi, İraqın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-İraq Biznes-forumu perspektiv potensialların əlaqələndirilməsinə töhfə verib və kənd təsərrüfatı, qida, logistika, tikinti, konsaltinq, gəmiçilik və s. sahələrdə yeni anlaşmalar əldə edilib.
İraq “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulmaqda maraqlıdır
Azərbaycan son illərdə ixracın diversifikasiyasına xüsusi yer ayırır və yeni xarici bazarlarda mövqe tutmağa çalışır. Orta Şərq-Afrika regionuna ixracın təmin edilməsi istiqamətində aparılan araşdırmalar da məhz ixracın şaxələndirilməsinə xidmət edir. İraq bazarı da ölkəmizin ixracatçıları üçün maraqlıdır. Tütün məhsullarından böyük asılı olan İraqa Azərbaycan şirkətlərinin daxil olması realdır. İraqın qızıl məhsullarından asılılığı da böyükdür, habelə ölkəmiz İraqa mineral və süfrə suları da ixrac etməyi planlaşdırır. Bundan başqa, tikinti məhsulları, aliminium və qənnadı məmulatları ixracı çox önəmli istiqamət ola bilər.
İraq Orta Şərq-Asiya regionunda strateji coğrafi mövqeyə malikdir və böyük bir coğrafiyanın tranzit-nəqliyyat əlaqələrinin birləşməsində qovşaqlardan biridir. Bu baxımdan İraqın Orta Dəhlizə inteqrasiyası realıdır və Azərbaycanla nəqliyyat sahəsində əlaqələrin artırılması da buna xidmət edir. İraq həm də Orta-Mərkəzi Asiya regionu ölkələri üçün də xüsusi tranzit qapısıdır. İranın və Azərbaycanın əsas yer aldığı “Şimal-Cənub” nəqliyyat dəhlizinə çıxış üşün də əlverişli geocoğrafi imkanlara malikdir. Rəsmi Bağdad dəfərlərlə regional dəhlzilərə inteqrasiya, o cümlədən “Şimal-Cənub” dəhlizinə qoşulmağa hazır olduğunu bəyan edib. Ona görə də, həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlzilərinin strateji kəsişməsində mühüm mövqe tutan Azərbaycanın İraqla bu bağlantılarda sıx birləşməsi getdikcə aktuallaşır.
Azərbaycan Cənubi Qafqaz bölgəsində yaranmış yeni fürsətlərdən, o cümlədən respublikamızın təşəbbüsü ilə sülh quruculuğu ilə bağlı təmin edilən imkanlardan İraq investorlarının da faydalanmasını təklif edir. Habelə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində İraq hökuməti və biznes icması üçün yaxşı imkanlar var ki, hazırkı məsləhətləşmələrdə bu mövzuya da diqqət çəkilib.
Qeyd edək ki, Birgə Komissiyanın iclası çərçivəsində protokol imzalanıb ki, sənəd Azərbaycan və İraq arasında etibarlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və yeni birgə iqtisadi-ticari-investisiya imkanlarının artırılmasını nəzərdə tutur.
E.CƏFƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 06 Dekabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















