“Bakı və İrəvan arasındakı dialoqlar Ermənistan İran sərhədinə təsir edə bilməz”

06.02.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesi Ermənistan-İran sərhədinə təsir edə bilməz”.

Missiya.Az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani mətbuat konfransı zamanı deyib.

“Bizimlə Ermənistan arasında sərhəd çox aydındır. Dövlət sərhədinin dəqiqləşdirilməsi üçün Ermənistanla Azərbaycan arasında aparılan dialoqlar heç bir şəkildə Ermənistan-İran sərhədinə təsir edə bilməz”, - deyə səfir vurğulayıb.

İran hesab edir ki, demarkasiya prosesi regionda sülhün əldə olunması istiqamətində atılan yeni addımdır. 

Səfir bunun Alma-Ata Bəyannaməsinə və beynəlxalq qaydalara əsaslandığını vurğulayıb.

“Rəsmi Tehran əmindir ki, proses qeyd olunan prinsiplərə uyğun aparılarsa, bu, təhlükəsizliyin və sülhün təmin olunmasına töhfə verəcək”, - deyə Sübhani bildirib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью