“Bakı və İrəvan arasındakı dialoqlar Ermənistan İran sərhədinə təsir edə bilməz”
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesi Ermənistan-İran sərhədinə təsir edə bilməz”.
Missiya.Az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani mətbuat konfransı zamanı deyib.
“Bizimlə Ermənistan arasında sərhəd çox aydındır. Dövlət sərhədinin dəqiqləşdirilməsi üçün Ermənistanla Azərbaycan arasında aparılan dialoqlar heç bir şəkildə Ermənistan-İran sərhədinə təsir edə bilməz”, - deyə səfir vurğulayıb.
İran hesab edir ki, demarkasiya prosesi regionda sülhün əldə olunması istiqamətində atılan yeni addımdır.
Səfir bunun Alma-Ata Bəyannaməsinə və beynəlxalq qaydalara əsaslandığını vurğulayıb.
“Rəsmi Tehran əmindir ki, proses qeyd olunan prinsiplərə uyğun aparılarsa, bu, təhlükəsizliyin və sülhün təmin olunmasına töhfə verəcək”, - deyə Sübhani bildirib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 Fevral 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















