Icma.az bildirir, Oxu.az portalına istinadən. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əl
Oxu.Az xəbər verir ki, Bakı Abadlıq Xidmətinin dəstəyi ilə baş tutan "Gələcək uşaqlara məxsusdur" adlı şənlikdə 2 və 3 saylı uşaq evləri, "Ü
Şənlik boyunca uşaqların əyləncəli və yaddaqalan gün keçirməsi üçün zəngin proqram hazırlanıb.
Zooloji Parkın müxtəlif guşələrində təşkil olunan oyunlar və müsabiqələr balacaların böyük marağına səbəb olub və qaliblər hədiyyələrlə sevindirilib.
Sehrbazların çıxışları, cizgi film qəhrəmanlarının iştirakı və interaktiv viktorinalar tədbirə rəng qatıb, uşaqlara sevincli anlar yaşadıb.
Tədbir çərçivəsində uşaqlara yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı da yaradılıb.
Onlar təbii materiallardan oyuncaqların hazırlanması, ekoçantaların bəzədilməsi, rəsm çəkmə, gips lövhələrin rənglənməsi və üz boyama kimi müxtəlif ustad dərslərində fəal iştirak ediblər.
Maarifləndirmə komponenti də tədbirin əsas istiqamətlərindən biri olub.