Icma.az
close
up
RU
Bakı Zooloji Parkında Gələcək uşaqlara məxsusdur adlı şənlik keçirilib

Bakı Zooloji Parkında Gələcək uşaqlara məxsusdur adlı şənlik keçirilib

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Zooloji Parkında bayram tədbiri keçirilib.

Oxu.Az xəbər verir ki, Bakı Abadlıq Xidmətinin dəstəyi ilə baş tutan "Gələcək uşaqlara məxsusdur" adlı şənlikdə 2 və 3 saylı uşaq evləri, "Ümid yeri" uşaq sığınacağı, həmçinin 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, 5 nömrəli Respublika xüsusi təyinatlı internat məktəbi, 8 nömrəli sanatoriya tipli internat məktəbi və 2 nömrəli xüsusi internat məktəbindən ümumilikdə 300-dən çox uşaq iştirak edib.

Şənlik boyunca uşaqların əyləncəli və yaddaqalan gün keçirməsi üçün zəngin proqram hazırlanıb. Zooloji Parkın müxtəlif guşələrində təşkil olunan oyunlar və müsabiqələr balacaların böyük marağına səbəb olub və qaliblər hədiyyələrlə sevindirilib. Sehrbazların çıxışları, cizgi film qəhrəmanlarının iştirakı və interaktiv viktorinalar tədbirə rəng qatıb, uşaqlara sevincli anlar yaşadıb.

Tədbir çərçivəsində uşaqlara yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı da yaradılıb. Onlar təbii materiallardan oyuncaqların hazırlanması, ekoçantaların bəzədilməsi, rəsm çəkmə, gips lövhələrin rənglənməsi və üz boyama kimi müxtəlif ustad dərslərində fəal iştirak ediblər.

Maarifləndirmə komponenti də tədbirin əsas istiqamətlərindən biri olub. Zooloji Parkın lektoriyasında uşaqlara heyvanların həyat tərzini əks etdirən animasiyalar nümayiş etdirilib, onların biologiyası və davranış xüsusiyyətləri haqqında maraqlı təqdimatlar keçirilib. Açıq hava ekskursiyası zamanı isə balacalar heyvanların xarici quruluşu və həyat şəraiti haqqında əyani şəkildə məlumatlandırılıblar. Təbiətə qarşı məsuliyyətli yanaşmanı formalaşdırmaq və heyvanlara qarşı mərhəmət hissini aşılamaq məqsədilə uşaqlara bəzi heyvanlarla birbaşa təmasda olmaq, onları bəsləmək və qulluq etmək fürsəti də verilib.

Günün sonunda IDEA İctimai Birliyinin "Sevincini bölüş" kampaniyası çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilmiş ianə qutularında toplanan istifadəyə yararlı oyuncaqlar bütün uşaqlara hədiyyə olunub. Uşaqlar üçün xüsusilə sevindirici olan bu təşəbbüs, onlara təbəssüm, sevinc və bayram əhval-ruhiyyəsi bəxş edib. Kampaniyanın uğurla həyata keçirilməsinə töhfə verən, bu nəcib təşəbbüsə dəstək göstərən bütün iştirakçılara və könüllülərə IDEA İctimai Birliyi öz dərin təşəkkürünü bildirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyun 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri