Bakı Zooloji Parkının yeni sakini “Simba” adaptasiya prosesini tamamlayıb AZƏRTAC | Icma.a…
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 10 yanvar, AZƏRTAC Qazaxıstan Respublikasının Almatı Heyvanat Parkından gətirilən “Simba” adlı beş yaşlı erkək şir Bakı Zooloji Parkının daimi sakininə çevrilib.
O, əvvəlcə parkın karantin zonasında bir ay ərzində baytarlıq nəzarəti altında saxlanılıb, daha sonra iki dişi şirin olduğu daimi yaşayış yerinə köçürülərək uğurla adaptasiya prosesini tamamlayıb və bir ailəyə çevriliblər.
Bakı Zooloji Parkından AZƏRTAC-a bildirilib ki, erkək şirin Bakı Zooloji Parkına gətirilməsi Almatı Heyvanat Parkı ilə aparılan beynəlxalq mübadilə çərçivəsində həyata keçirilib.
Dünyanın ən iri ikinci yırtıcı pişikkimiləri olan şirlər (Panthera leo) ən çox Şərqi və Cənubi Afrikanın geniş və açıq düzənliklərində, savannalarda, meşələrdə və yarımsəhra ərazilərində məskunlaşır.
Dişi fərdlər, balalar və bir neçə erkək fərd “prayd” adlanan qruplarda yaşayırlar.
Vəhşi təbiətdə 10-14, qapalı şəraitdə isə təhlükələrdən uzaq olduqları üçün daha çox, təxminən 20 il ömür sürürlər.
1-4 baş doğulan balaların qayğısına yalnız ana şir yox, həm də praydın digər dişi fərdləri qalır.
Tam oxu
Xəbəri oxu