Icma.az
close
up
RU
Bakı Zooloji Parkının yeni sakini “Simba” adaptasiya prosesini tamamlayıb AZƏRTAC

Bakı Zooloji Parkının yeni sakini “Simba” adaptasiya prosesini tamamlayıb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 yanvar, AZƏRTAC

Qazaxıstan Respublikasının Almatı Heyvanat Parkından gətirilən “Simba” adlı beş yaşlı erkək şir Bakı Zooloji Parkının daimi sakininə çevrilib. O, əvvəlcə parkın karantin zonasında bir ay ərzində baytarlıq nəzarəti altında saxlanılıb, daha sonra iki dişi şirin olduğu daimi yaşayış yerinə köçürülərək uğurla adaptasiya prosesini tamamlayıb və bir ailəyə çevriliblər.

Bakı Zooloji Parkından AZƏRTAC-a bildirilib ki, erkək şirin Bakı Zooloji Parkına gətirilməsi Almatı Heyvanat Parkı ilə aparılan beynəlxalq mübadilə çərçivəsində həyata keçirilib.

Dünyanın ən iri ikinci yırtıcı pişikkimiləri olan şirlər (Panthera leo) ən çox Şərqi və Cənubi Afrikanın geniş və açıq düzənliklərində, savannalarda, meşələrdə və yarımsəhra ərazilərində məskunlaşır. Dişi fərdlər, balalar və bir neçə erkək fərd “prayd” adlanan qruplarda yaşayırlar. Vəhşi təbiətdə 10-14, qapalı şəraitdə isə təhlükələrdən uzaq olduqları üçün daha çox, təxminən 20 il ömür sürürlər. 1-4 baş doğulan balaların qayğısına yalnız ana şir yox, həm də praydın digər dişi fərdləri qalır. Şirlər qida zəncirində mühüm rol oynayaraq, ekosistemin tarazlığını qoruyur və biomüxtəlifliyin təmin edilməsində əhəmiyyətli yer tuturlar.

Bakı Zooloji Parkı biomüxtəlifliyin qorunmasına yönəlmiş təşəbbüslərlə ekosistemləri qorumaq və təlim, tədris fəaliyyətləri vasitəsilə geniş ictimaiyyəti biomüxtəlifliyin əhəmiyyəti barədə məlumatlandırır. Zooloji Parkın əsas məqsədi Azərbaycanın “Qırmızı Kitab”ına daxil, nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunub saxlanılması, çoxaldılaraq yenidən təbiətə buraxılmasını təmin etməklə yanaşı, həmçinin ziyarətçilər üçün canlı aləm haqqında bilik əldə edə biləcəkləri təhsil və maarifləndirmə layihələrini təşkil etməkdir. Həyata keçirilən tədbirlər, növlərin sayının artırılması və reintroduksiya layihələri gənc nəsillərə ekoloji məsuliyyət aşılamaqda və biomüxtəliflik mövzusunda aydınlatmada mühüm rol oynayır.

Qazaxıstan Respublikasının Almatı Heyvanat Parkından Bakı Zooloji Parkına şirin gətirilməsi “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri