BakıBalakən sürət qatarı fəaliyyətə başlayır FOTOLAR

31.12.2024

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verilir. Marşrut 2 yanvar 2025-ci il tarixdən etibarən  gündəlik əsasla faəliyyətə başlayacaq. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq.

Modern.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" sosial şəbəkədə Bakı-Balakən marşrutu üzrə sürət qatarı ilə bağlı paylaşım edib. 

Qeyd edək ki, Azərbaycan dəmir yolunun şimal-qərbdə son stansiyası Balakəndir. Bu stansiya ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb. Bakı- Balakən sürət qatarının açılması paytaxtla şimal-qərb bölgəsi arasında gediş-gəlişi daha da asanlaşdıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью