BakıBalakən sürət qatarı fəaliyyətə başlayır FOTOLAR
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verilir. Marşrut 2 yanvar 2025-ci il tarixdən etibarən gündəlik əsasla faəliyyətə başlayacaq. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq.
Modern.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" sosial şəbəkədə Bakı-Balakən marşrutu üzrə sürət qatarı ilə bağlı paylaşım edib.
Qeyd edək ki, Azərbaycan dəmir yolunun şimal-qərbdə son stansiyası Balakəndir. Bu stansiya ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb. Bakı- Balakən sürət qatarının açılması paytaxtla şimal-qərb bölgəsi arasında gediş-gəlişi daha da asanlaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 31 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















