Bakıda 10 yeni metro stansiyası bu ərazilərdə tikilə bilər FOTO Xəbər saytı Son xəbərlər v…
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
BAKU.WS xəbər verir ki, dövlət başçısı müsahibə zamanı Bakıda yeni 10 metro stansiyanın inşa ediləcəyini, onların yerlərinin seçildiyini və bu ildən başlayaraq artıq investisiyaların qoyulacağını bildirib.
Yeni inşa olunacaq metro stansiyaların Bakıda nəqliyyat sıxlığına necə təsir edəcəyi ilə bağlı ekspertə müraciət etdik.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-ə bildirdi ki, bu həm yerin altına, həm də yerin üstünə müsbət təsir edəcək: "Metro tikintisi dövrün tələbinə cavab verməlidir.
Yəni şəhərimiz böyüyür. Amma metromuz bu qədər sürətlə genişlənmir.
Nəinki genişlənmir, son illərdə ümumiyyətlə, yeni stansiya təhvil verilməyib. Hesab edirəm ki, bu, düzgün verilmiş qərardır.
Şəhərin daxilindəki yükün parçalanmasına, metronun öz yükünün parçalanamasına gətirib çıxaracaq.
Tam oxu
Xəbəri oxu