Icma.az
close
up
RU
Bakıda 10 yeni metro stansiyası bu ərazilərdə tikilə bilər FOTO Xəbər saytı Son xəbərlər və Hadisələr

Bakıda 10 yeni metro stansiyası bu ərazilərdə tikilə bilər FOTO Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı müsahibə zamanı Bakıda yeni 10 metro stansiyanın inşa ediləcəyini, onların yerlərinin seçildiyini və bu ildən başlayaraq artıq investisiyaların qoyulacağını bildirib.

Yeni inşa olunacaq metro stansiyaların Bakıda nəqliyyat sıxlığına necə təsir edəcəyi ilə bağlı ekspertə müraciət etdik. Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-ə bildirdi ki, bu həm yerin altına, həm də yerin üstünə müsbət təsir edəcək:

"Metro tikintisi dövrün tələbinə cavab verməlidir. Yəni şəhərimiz böyüyür. Amma metromuz bu qədər sürətlə genişlənmir. Nəinki genişlənmir, son illərdə ümumiyyətlə, yeni stansiya təhvil verilməyib. Hesab edirəm ki, bu, düzgün verilmiş qərardır. Şəhərin daxilindəki yükün parçalanmasına, metronun öz yükünün parçalanamasına gətirib çıxaracaq. Bu həm yerin altına, həm yerin üstünə müsbət təsir edəcək.

İlkin verilmiş qərar - 10 stansiyanın tikilməsi yaxın beş il ərzində reallaşacaq. Çox güman ki, bunun ardı da gələcək. Şəbəkənin tam funksionallığı təmin olunacaq. Bu nə deməkdir? Bu gün üç xəttimiz varsa, qırmızı, yaşıl, bənövşəyi onların işləmə intervalı var. Belə ki, qırmızı xətt iki dəqiqə, yaşıl xətt dörd dəqiqə, bənövşəyi xətt yeddi dəqiqə intervalla işləyir. Onların biri-iki dəqiqə işləməsini təmin etmək üçün tikinti işləri görülməlidir.

Həmçinin də bu üç xəttin müstəqil fəaliyyəti üçün hərəsinin ayrı deposu olmalıdır. İndiki halda üç xəttin iki deposu var və bir, iki xəttimiz bir müstəvidə kəsişir. Onların ayrılmasına da ehtiyac var. Bu, "28 May"da olan bir vəziyyətdir. Düşünürəm ki, layihə çərçivəsində bu işlər də icra olunur və bu da ümumi metrodakı sıxlığın parçalanmasına və fərqli marşrutların yaranmasına gətirib çıxarar".

Tədqiqatçı Azər Axundov hesab edir ki, 2 ay əvvəl prezidentə təqdim edilən sxemi aktual götürsək, bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir.

Yəni, bənövşəyi xətt üzrə "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" stansiyaları (toplam 6 stansiya), yaşıl xətt üzrə isə "Y14"-"Y15"-"Y16"-"Y17" stansiyaları (toplam 4 stansiya) tikilməlidir. "B?" stansiyası "Sahil" stansiyasına keçid kimi düşünülür, bu stansiya konseptual sxemdə olmadığı üçün "B?" olaraq qeyd etdim. Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, "Dərnəgül" deposunun və dönmə kameralarının tikilməsi də daxil olacaq. Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik. Xəritə üzərində stansiyalar təxmini belə yerləşməlidir.

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Yanvar 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri