Bakıda 13 yaşlı məktəblinin ölüm səbəbi AÇIQLANDI

13.03.2025

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 11-də Bakıda 13 yaşlı Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, mərhumun babası Ədalət Tanrıverdiyev hadisə baş verən gün nəvəsinin oruc tutduğunu bildirib.


“Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi”, - deyə babası əlavə edib.


Onun sözlərinə görə, Hüseyn daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun 6 yaşlı bacısı xəbər tutub.


H. Ələkbərli Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırmış. O, əlaçı imiş.
 

Faktla bağlı araşdırma aparılır. (Teleqraf.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью