Bakıda 13 yaşlı məktəblinin ölüm səbəbi AÇIQLANDI
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Martın 11-də Bakıda 13 yaşlı Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, mərhumun babası Ədalət Tanrıverdiyev hadisə baş verən gün nəvəsinin oruc tutduğunu bildirib.
“Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi”, - deyə babası əlavə edib.
Onun sözlərinə görə, Hüseyn daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun 6 yaşlı bacısı xəbər tutub.
H. Ələkbərli Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırmış. O, əlaçı imiş.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 13 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















