Bakıda 26 minlik dələduzluq edənlər tutuldu

27.12.2024

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Nəsimi rayonunda evlərin birindən 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Müslümlü müəyyən olunaraq saxlanılıb.

Həmçinin, Nəsimi rayonu ərazisində ümumilikdə 26590 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən H.Məmmədli və A. Hüseynova müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью