Bakıda 26 minlik dələduzluq edənlər tutuldu
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Nəsimi rayonunda evlərin birindən 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Müslümlü müəyyən olunaraq saxlanılıb.
Həmçinin, Nəsimi rayonu ərazisində ümumilikdə 26590 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən H.Məmmədli və A. Hüseynova müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.

Bakıda dələduzluq edənlər tutuldu
20 Fevral 2025 14:21
Bakıda dələduzluq edənlər tutulub
02 Dekabr 2024 12:09
Bakıda dələduzluq edənlər saxlanılıb
05 Mart 2025 15:18
Bakıda avtobuslarda cibgirlik edənlər tutuldu
19 Dekabr 2024 14:47
Bakıda reket lik edənlər tutuldu
04 Fevral 2025 18:34
