Bakıda 3 gün keçmiş xatirələrə dalacağıq... Video | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Məlum olduğu kimi, 31 oktyabr - 2 noyabr tarixlərində paytaxtda “Art Weekend” incəsənət festivalı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, hazırda festivala hazırlıq işləri gedir.
Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə baş tutacaq bu layihə Bakını üç günlüyə yaradıcılıq və duyğuların mərkəzinə çevirəcək.
Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.
Festivalın məqsədi Bakını ənənə və müasirliyin birləşdiyi, müxtəlif baxışların qovuşduğu və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir.
“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend.
Sense the Future NOW”) layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.
Tam oxu
Xəbəri oxu