Icma.az
close
up
RU
Bakıda 3 gün keçmiş xatirələrə dalacağıq... Video

Bakıda 3 gün keçmiş xatirələrə dalacağıq... Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, 31 oktyabr - 2 noyabr tarixlərində paytaxtda “Art Weekend” incəsənət festivalı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, hazırda festivala hazırlıq işləri gedir.

Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə baş tutacaq bu layihə Bakını üç günlüyə yaradıcılıq və duyğuların mərkəzinə çevirəcək.

Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Festivalın məqsədi Bakını ənənə və müasirliyin birləşdiyi, müxtəlif baxışların qovuşduğu və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir.

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.

Builki “Art Weekend” konsepsiyasının mərkəzində su obrazı dayanır. Davamlılığın, yenilənmənin və ortaq yaddaşın rəmzi olan su heç də təsadüfi seçilməyib. Belə ki, su həm yaradıcı impulsun metaforası, həm dəyişimin güzgüsü, həm də insan və təbiət arasında körpünün rəmzidir. Bu baxımdan su fəlsəfi, bədii və ekoloji baxımdan “Art Weekend” konsepsiyasının mərkəzində yer alacaq.

Hazırlıq proseslərindən danışan mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib ki, festival Heydər Əliyev Mərkəzində məşhur kolumbiyalı rəssam və heykəltəraş Fernando Boteronun əsərlərindən ibarət “Bədii formanın təntənəsi” (“The Triumph of Form”), eləcə də “Mənim Dənizlərim, Mənim Okeanlarım” (“My Seas, My Oceans”) adlı beynəlxalq sərgilərin açılışı ilə başlayacaq: “Dünya miqyasında “Boterismo” üslubunun banisi kimi tanınan rəssamın 100-dən çox əl işi Bakıda nümayiş etdiriləcək. Bununla yanaşı, “Mənim Dənizlərim, Mənim Okeanlarım” (“My Seas, My Oceans”) adlı beynəlxalq sərgi Bakıda ilk dəfə təqdim ediləcək. Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən “Mənim Dənizlərim, Mənim Okeanlarım” sərgisi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır. Bu həm sənət baxımından çox maraqlı işlərdir, həm də bizim əsas həyatın təməli olan suya xüsusi diqqət ayırmağa çağırır.

Su ilə bağlı bir çox sərgilər olacaq. Bunların içərisində istedadlı rəssamlar - Orxan Hüseynov, Rəşad Ələkbərov, Faiq Əhməd və Fərid Rəsulovun “Əjdadlar” adlı birgə sərgisi də olacaq.

Onu da deyim ki, bu festival gələcəyə baxışla yanaşı, keçmiş xatirələrə dalmaq cəhdidir.

Bu festivalda sərgilər çoxluq təşkil etdiyi üçün təsviri sənət daha çox fokusdadır. Lakin bu demək olar ki, əsil incəsənət bayramı olacaq. Çünki burada konsertlər, tamaşalar, uşaqlar və gənclər üçün müxtəlif tədbirlər olacaq. Bizi bir çox maraqlı sərgilər gözləyir. Mən arzu edərdim ki, bu festival müntəzəm olaraq keçirilsin. Əlbəttə, buna artıq nəticələrdən sonra qərar veriləcək”.

Elə həmin sərgilərdən biri də Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq. Muzeyin direktoru Şirin Məlikova bu festivalın paytaxtımız üçün çox mühüm bir hadisə olduğunu vurğulayıb: “Oktyabrın 31-i muzeyimizdə Azərbaycanın təsviri sənətinin görkəmli nümayəndələrindən biri olan Tofiq Cavadovun “Yarımçıq qalmış ömür” adlı sərgisi olacaq. Bu sərgi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Sərgi Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunub. Burada onun 91 əsəri nümayiş olunacaq. Bu əsərlərin bir qismi ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunacaq. Onu da qeyd etməliyəm ki, muzeyimiz rəssamın 100 illik yubileyi ilə bağlı belə bir fikir irəli sürdü ki, onun əsərləri bərpa olunsun. Hazırda bizim emalatxanamızda Tofiq Cavadovun rəsm qalereyasında qorunub saxlanılan əsəri bərpa olunmaqdadır. Həmin əsər də bu sərgidə nümayiş olunacaq. Baxmayaraq ki, o, qısa ömür yaşadı, lakin rəssamın irsi bu gün Azərbaycan təsviri sənətinin qızıl fonduna daxildir.

Bu sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından, eyni zamanda Azərbaycan Dövlət Rəsm Qalereyası və müxtəlif şəxsi kolleksiyalardan əsərlər nümayiş olunacaq. Burada uşaqlar üçün çox maraqlı proqramlar keçiriləcək”.

Xatırladaq ki, açılış gecəsinin sonunda Heydər Əliyev Mərkəzində caz konsert təşkil olunacaq. Konsertdə ABŞ-dan əfsanəvi Şeril “Pepsii” Rayli (Cheryl “Pepsii” Riley) ilə “Interplay” qrupunun ifasında “R&B” və caz improvizasiyalarının unikal sintezindən ibarət proqram təqdim ediləcək. Şeril “Pepsii” Rayli (Cheryl “Pepsii” Riley) və “Interplay” qrupu paytaxtımızda 20-ci Bakı Caz Festivalı günləri çərçivəsində çıxış edir. Heydər Əliyev Mərkəzində təşkil ediləcək konsert 20-ci Bakı Caz Festivalının bağlanış tədbiri olacaq.

Qeyd edək ki, 3 gün ərzində ziyarətçiləri Bakıda sərgilər, təqdimatlar, mühazirələr, ustad dərsləri, musiqi sessiyaları, ekskursiyalar, küçə rəsm layihələri, immersiv küçə teatrı layihələri ilə tanışlıq gözləyir.

Festival Bakının müxtəlif incəsənət ocaqlarını – Heydər Əliyev Mərkəzi, İçərişəhər, Azərbaycan Milli İncəsənət Muzeyi, Daş Salnamə Muzeyi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Bakı Marionet Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Q Gallery, Bakı Fotoqrafiya Evi, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Rəngkarlığı Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Nine Senses” İncəsənət Mərkəzi və digər məkanları əhatə edəcək.

Lamiyə Məmmədova 

Video: Pərvin Zeynal 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:305
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri