Bakıda 4 günlük çempionat keçiriləcək

21.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı daha bir ölkə çempionatına ev sahibliyi edəcək. Oktyabrın 22-dən 25-dək idman dırmanması üzrə Azərbaycan çempionatı təşkil olunacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarış “Climb Baku” İdman Dırmanma Mərkəzində baş tutacaq. Turnirdə 16 yaşdan yuxarı idmançılar çətinlik və “bouldering” növlərində qüvvələrini sınayacaqlar.

Dördgünlük çempionatın təqviminə əsasən, oktyabrın 22-də çətinlik növü üzrə təsnifat, ertəsi gün isə final mərhələsi gerçəkləşəcək. “Bouldering” yarışı üzrə təsnifat mərhələsi oktyabrın 24-də, final görüşləri isə 25-də təşkil ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью