Bakıda 4 günlük çempionat keçiriləcək
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı daha bir ölkə çempionatına ev sahibliyi edəcək. Oktyabrın 22-dən 25-dək idman dırmanması üzrə Azərbaycan çempionatı təşkil olunacaq.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarış “Climb Baku” İdman Dırmanma Mərkəzində baş tutacaq. Turnirdə 16 yaşdan yuxarı idmançılar çətinlik və “bouldering” növlərində qüvvələrini sınayacaqlar.
Dördgünlük çempionatın təqviminə əsasən, oktyabrın 22-də çətinlik növü üzrə təsnifat, ertəsi gün isə final mərhələsi gerçəkləşəcək. “Bouldering” yarışı üzrə təsnifat mərhələsi oktyabrın 24-də, final görüşləri isə 25-də təşkil ediləcək.
Bu mövzuda digər xəbərlər:Bakıda kiberidman üzrə böyük çempionat keçiriləcək
22 Noyabr 2024 15:24
Bakıda bu çempionat olacaq
06 İyun 2026 21:32
Bakıda avarçəkmə və kanoe üzrə açıq çempionat keçiriləcək
23 İyul 2026 13:11
Bakıda Qənnadçılıq və Çörəkbişirmə sənəti üzrə Milli Çempionat keçiriləcək FOTO
10 İyul 2025 17:56
Bakıda Braziliya Ciu Citsu üzrə çempionat keçirilib
24 Noyabr 2025 21:37
Baxış sayı:69
Bu xəbər 21 Oktyabr 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















