News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"28 may" metrosundan İzzət Həmidov, Eldar Tağızadə, Mixail Kaveroçkin küçələrinə, eyni zamanda "Gənclik" metrosu və digər istiqamətlərə gedən marşrut xətti, demək olar ki, yoxdur.News24.az xəbər verir ki, hazırda digər istiqamətlər üzrə adıçəkilən küçələrdən yalnız Mixail Kaveroçkin küçəsinin yaxınlığından keçməklə 83 nömrəli marşrut xətti fəaliyyət göstərir.
Lakin sərnişinlər bu avtobus xəttinin fəaliyyətindən çox narazıdırlar.
Köhnə avtobuslar, dağınıq qrafik, kobud sürücülər və başqa problemlər sanki bu marşrut xəttində birləşib.
Hətta sərnişinlər marşutun 30-40 dəqiqə gecikdiyini bildirirlər.
İzzət Həmidov, Eldar Tağızadə küçələrindən, ümumiyyətlə, marşrut xətti keçmir.
Həmin ərazidə yaşayan minlərlə insan problemdən əziyyət çəkir.
AYNA bu istiqamətdə olan problemlə bağlı hansısa addımlar atır?Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinə sorğu ünvanladıq.Qurumdan News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İzzət Həmidov, Eldar Tağızadə və Mixail Kaveroçkin küçələrindən keçməklə “Gənclik” metro stansiyası istiqamətində marşrutun təşkili məsələsinə baxılacaq: “Təbriz küçəsi ilə Biləcəri qəsəbəsini əlaqələndən 83 nömrəli marşrut qeyd edilən küçələrin yaxınlığından (400-500 metr) keçməklə fəaliyyət göstərir.