Icma.az
close
up
RU
Bakıda bu istiqamətdə avtobus marşrutu açılacaq AYNAdan AÇIQLAMA

Bakıda bu istiqamətdə avtobus marşrutu açılacaq AYNAdan AÇIQLAMA

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"28 may" metrosundan İzzət Həmidov, Eldar Tağızadə, Mixail Kaveroçkin küçələrinə, eyni zamanda "Gənclik" metrosu və digər istiqamətlərə gedən marşrut xətti, demək olar ki, yoxdur.

News24.az xəbər verir ki, hazırda digər istiqamətlər üzrə adıçəkilən küçələrdən yalnız Mixail Kaveroçkin küçəsinin yaxınlığından keçməklə 83 nömrəli marşrut xətti fəaliyyət göstərir. Lakin sərnişinlər bu avtobus xəttinin fəaliyyətindən çox narazıdırlar. Köhnə avtobuslar, dağınıq qrafik, kobud sürücülər və başqa problemlər sanki bu marşrut xəttində birləşib. Hətta sərnişinlər marşutun 30-40 dəqiqə gecikdiyini bildirirlər. 

İzzət Həmidov, Eldar Tağızadə küçələrindən, ümumiyyətlə, marşrut xətti keçmir. Həmin ərazidə yaşayan minlərlə insan problemdən əziyyət çəkir.  

AYNA bu istiqamətdə olan problemlə bağlı hansısa addımlar atır?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinə sorğu ünvanladıq.

Qurumdan News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İzzət Həmidov, Eldar Tağızadə və Mixail Kaveroçkin küçələrindən keçməklə “Gənclik” metro stansiyası istiqamətində marşrutun təşkili məsələsinə baxılacaq: 

“Təbriz küçəsi ilə Biləcəri qəsəbəsini əlaqələndən 83 nömrəli marşrut qeyd edilən küçələrin yaxınlığından (400-500 metr) keçməklə fəaliyyət göstərir. Hazırda marşrut üzrə 11 ortatutumlu avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Lakin şəhərin müxtəlif küçə və prospektlərində, xüsusilə günün pik saatlarında müşahidə edilən tıxac və sıxlıq avtobusların hərəkət intervalının artmasına səbəb olur. 

AYNA tərəfindən nəqliyyat infrastrukturunun və sərnişindaşıma marşrutlarının optimallaşdırılması istiqamətində işlər həyata keçirilir. Görülən işlər çərçivəsində “28 May” metro stansiyasından İzzət Həmidov, Eldar Tağızadə və Mixail Kaveroçkin küçələrindən keçməklə “Gənclik” metro stansiyası istiqamətində marşrutun təşkili məsələsinə baxılacaq”.

Ağa Dadaşzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri