Bakıda bu məkanlarda taksi dayanacaqları yaradıla bilər | Icma.az
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir neçə il əvvəl paytaxtda fəaliyyət göstərən onlarla taksi dayanacağı Bakı Nəqliyyat Agentliyi tərəfindən ləğv edildi.
Ancaq indi bu məsələ yenidən ictimai müzakirə mövzusuna çevrilib.
Maraqlıdır, hazırkı şəraitdə paytaxtda daimi taksi dayanacaqlarının bərpasına ehtiyac varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, taksi dayanacaqları şəhər nəqliyyat infrastrukturunun ayrılmaz hissəsidir.
Ekspertin sözlərinə görə, taksilər şəhər nəqliyyatının inkişafında mühüm paya malikdir və bu sahədə alternativi olmayan sistemin qurulmasına ehtiyac var: “Burada əsas məsələ ondan ibarətdir ki, nəqliyyat vasitələri bir-birini əvəz edən yox, tamamlayan rol oynamalıdır.
Taksi xidmətinin payı danılmazdır və bu, ümumi nəqliyyat sisteminin tərkib hissəsidir”.
Aslan Əsədov xatırladıb ki, taksi dayanacaqları ləğv edilərkən AYNA tərəfindən yeni sistemin yaradılacağı bildirilmişdi: “Hazırda düşüb-minmə zonaları mövcuddur.
Tam oxu
Xəbəri oxu