Icma.az
close
up
RU
Bakıda bu məkanlarda taksi dayanacaqları yaradıla bilər

Bakıda bu məkanlarda taksi dayanacaqları yaradıla bilər

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə il əvvəl paytaxtda fəaliyyət göstərən onlarla taksi dayanacağı Bakı Nəqliyyat Agentliyi tərəfindən ləğv edildi. Ancaq indi bu məsələ yenidən ictimai müzakirə mövzusuna çevrilib. Maraqlıdır, hazırkı şəraitdə paytaxtda daimi taksi dayanacaqlarının bərpasına ehtiyac varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, taksi dayanacaqları şəhər nəqliyyat infrastrukturunun ayrılmaz hissəsidir.

Ekspertin sözlərinə görə, taksilər şəhər nəqliyyatının inkişafında mühüm paya malikdir və bu sahədə alternativi olmayan sistemin qurulmasına ehtiyac var:

“Burada əsas məsələ ondan ibarətdir ki, nəqliyyat vasitələri bir-birini əvəz edən yox, tamamlayan rol oynamalıdır. Taksi xidmətinin payı danılmazdır və bu, ümumi nəqliyyat sisteminin tərkib hissəsidir”.

Aslan Əsədov xatırladıb ki, taksi dayanacaqları ləğv edilərkən AYNA tərəfindən yeni sistemin yaradılacağı bildirilmişdi:

“Hazırda düşüb-minmə zonaları mövcuddur. Lakin bu zonalar daimi dayanma üçün nəzərdə tutulmayıb. Halbuki taksi dayanacaqları nəqliyyat infrastrukturunun əsas meyarlarından biridir”.

Ekspert vurğulayıb ki, nəqliyyatın idarə olunmasında bu cür amillər mühüm rol oynayır və infrastrukturun yenilənməsi zamanı prosedurların təkmilləşdirilməsi vacibdir:

“Alternativi olmayan, səmərəli sistemin qurulmasına ehtiyac var. Yaxın vaxtlarda bu ehtiyacların tam qarşılanacağı gözlənilir. Düşüb-minmə zonaları ilə yanaşı, daimi taksi dayanacaqlarının sahəsinin artırılması vacibdir. Əhalinin intensiv hərəkət etdiyi məkanlarda isə dayanma-durma xüsusi qaydalarla tənzimlənməlidir”.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri