Bakıda cizgi filminin qəhrəmanını təkrarlayan uşaq xəstəxanalıq oldu TƏFƏRRÜAT

07.03.2025

Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda bədbəxt hadisə baş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Köhnə Günəşli qəsəbəsində baş verib.

Belə ki, 5 yaşlı uşağın anası onu evdə tək qoyaraq mağazaya gedib. Mənzilə qayıdan qadın övladının evdə olmadığını görüb.

Sonra üçüncü mərtəbədəki mənzilin eyvanından yerə baxan ana övladının yerdə olduğunu görüb. Azyaşlı dərhal paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb. Reanimasiyaya yerləşdirilən azyaşlının vəziyyətinin ağır olduğu bildirilir. 

Yaxınlarının sözlərinə görə, uşaq evdə tək olarkən televizorda cizgi filmi izləyib. Orada olan personajların çətirlə hündürlükdən atladığını görüb. Sonra o evdə olan çətiri götürərək, özünü  yaşadıqları doqquz mərtəbəli binanın üçüncü mərtəbəsindən yerə atıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью