Bakıda cizgi filminin qəhrəmanını təkrarlayan uşaq xəstəxanalıq oldu TƏFƏRRÜAT
Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda bədbəxt hadisə baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Köhnə Günəşli qəsəbəsində baş verib.
Belə ki, 5 yaşlı uşağın anası onu evdə tək qoyaraq mağazaya gedib. Mənzilə qayıdan qadın övladının evdə olmadığını görüb.
Sonra üçüncü mərtəbədəki mənzilin eyvanından yerə baxan ana övladının yerdə olduğunu görüb. Azyaşlı dərhal paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb. Reanimasiyaya yerləşdirilən azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.
Yaxınlarının sözlərinə görə, uşaq evdə tək olarkən televizorda cizgi filmi izləyib. Orada olan personajların çətirlə hündürlükdən atladığını görüb. Sonra o evdə olan çətiri götürərək, özünü yaşadıqları doqquz mərtəbəli binanın üçüncü mərtəbəsindən yerə atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Mart 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















