Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oktyabrın 27-də cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 35 klub və idman cəmiyyətini təmsil edən 235 cüdoçu mübarizə aparacaq.
İdmançılardan 186-sı oğlan, 49-u isə qız olacaq. Yarış iştirakçıları 14 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Birinciliyin keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Qeyd edək ki, yarışa giriş sərbəst olacaq.