Bakıda cüdo üzrə U 20 şəhər birinciliyi keçiriləcək
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oktyabrın 27-də cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 35 klub və idman cəmiyyətini təmsil edən 235 cüdoçu mübarizə aparacaq.
İdmançılardan 186-sı oğlan, 49-u isə qız olacaq. Yarış iştirakçıları 14 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Birinciliyin keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Qeyd edək ki, yarışa giriş sərbəst olacaq.
Baxış sayı:82
Bu xəbər 24 Oktyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















