Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2024-cü il iyunun 28-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur.
Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır.
Məlum olur ki, qətl hadisəsi Sabunçu qəsəbəsi, Mayakovski küçəsi, 1 ünvanında yerləşən Dəmiryol vağzalının qarşısında baş verib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, ölümə Rasim Əhmədovun mədəaltı vəzinin və dalaq arteriyasının zədələnməsi ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəb olub.
Məlumata görə, hadisəni törədən Vüqar Əliyev 1987-ci ildə Ağcabədi rayonunda anadan olub.
2019-cu ildə rayon məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) və 237.1-ci ( qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddələri ilə 3 il azadlıqdan məhrum olunub.