Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bakıda dəhşət: Salam verdiyi üçün öldürüldü FOTO

Bakıda dəhşət: Salam verdiyi üçün öldürüldü FOTO

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü il iyunun 28-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, qətl hadisəsi Sabunçu qəsəbəsi, Mayakovski küçəsi, 1 ünvanında yerləşən Dəmiryol vağzalının qarşısında baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, ölümə Rasim Əhmədovun mədəaltı vəzinin və dalaq arteriyasının zədələnməsi ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəb olub.

Məlumata görə, hadisəni törədən Vüqar Əliyev 1987-ci ildə Ağcabədi rayonunda anadan olub. 2019-cu ildə rayon məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) və 237.1-ci ( qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddələri ilə 3 il azadlıqdan məhrum olunub. Milli Məclisin 2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilib.

Globalinfo.az xəbər verir ki, Lent.Az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyunun 28-i gecə saat 1 radələrində Sabunçu vağzalının qarşısında Vüqar Əliyev tanışları ilə söhbət edərkən, Rasim Əhmədov yaxınlaşıb əl uzadaraq salam verib. Tanışına qarşılıqlı salam vermədiyi üçün Vüqarla Rasimin arasında mübahisə yaranıb. İctimai yerdə, hadisə yerinə toplaşan insanların gözləri qarşısında silah qismində istifadə etdiyi vintaçanla Vüqar Əliyev Rasim Əhmədovun qarnına 2 dəfə zərbə vurub. Nəticədə Rasim ölüb.

İş üzrə dindirilmiş Vüqar Əliyev bildirib ki, 2021-ci ilin dekabr ayında azadlığa buraxılıb. Sabunçu qəsəbəsində kirayədə yaşayıb, Sabunçu bazarında fəhlə işləyib:

“Şüvəlan istintaq təcridxanasında olanda Rasim Əhmədovla tanış olmuşuq. Onunla yaxın münasibət saxlamırdım. Cəzamı çəkib azadlığa çıxandan sonra yaşadığım qəsəbədə Rasimi dəfələrlə görmüşdüm. Amma məhkumlar arasında qeyri-ciddi və hörmətsiz adam kimi tanındığı üçün ona salam vermirdim. İyunun 27-də səhər bazara getdim. Günorta tanışlarımla kafedə oturub çay içib, nərd oynadım. Gecə saat 1 radələrində Sabunçu vağzalının qarşısında Şamil adlı tanışım və digər şəxslərlə söhbət edərkən, Rasim Əhmədov tanımadığım 2 nəfərlə birlikdə bizə tərəf gəldi. Rasim əlini uzatsa da, heç kim salamını almadı.

Üzünü mənə çevirib, “niyə salamımı almırsan?” soruşanda, ona “get, səni pis günə qoymayım” söylədim. Cavab olaraq Rasim mənə “qoymayanın” deyərək ağır söyüş söydü. Onun üzünə başımla zərbə vuranda, Rasim yumruqla cavab qaytardı. Yanımda olan şəxslər bizi ayırsalar da, Rasim Əhmədov yenə ünvanıma nalayiq ifadələr işlətdi. Şalvarımın bel hissəsində saxladığım vintaçanı çıxarıb Rasimin üzərinə getdim və sol böyür hissəsinə 2 dəfə zərbə vurdum. Sonra aləti yerə atdım. 12-ci şöbəyə gedib vağzalın qarşısında adam vurduğumu bildirdim”.

Şahid qismində dindirilmiş 12-ci Polis Şöbəsinin təhqiqatçısı Elvin İbrahimov ifadəsində göstərib ki, şöbəyə yaxınlaşan vətəndaş vağzalın yanında adam bıçaqlandığını xəbər verib. Hadisə yerinə çatanda bir nəfəri yerdə uzanıqlı vəziyyətdə görüblər. Təcili Tibbi Yardımın gəlməsini gözləmədən yaralanan şəxsi özləri xəstəxanaya aparıblar.

Şahid Arif Ağayev bildirib ki, özünə məxsus “Hyundai” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:

“İyunun 28-i gecə saat 1 radələrində Sabunçu vağzalında avtobus dayanacağında adamların toplaşdığını gördüm. Həmin vaxt avtomobildə müştəri olduğundan dayanmadım və Zabrat qəsəbəsinə getdim. Geri qayıdanda orada dayanan adamlardan nə baş verdiyini soruşdum. Həmin şəxslərdən biri “taksi sürücüsü Etibarın oğlunu kimsə bıçaqlayıb, onu xəstəxanaya apardılar” dedi. Rasimin bıçaqla vurulmasını öyrənən kimi Etibarin yaşadığı ünvana getdim. Birlikdə xəstəxanaya yollandıq. Orada bizə məlum oldu ki, Rasim Əhmədov xəstəxanaya çatdırılanda artıq dünyasını dəyişib”.

Rasimin meyiti

Məhkəmə iclasında Vüqar Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. İstintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirib ki, hadisə günü mebel yığmaq üçün Binə qəsəbəsinə gedib. Ona görə də üzərində içində vintaçan və digər alətlər olan çanta olub:

“Ev sahibi ilə içki içdik. Evə gedərkən marketin qarşısında Rasim Əhmədovla rastlaşdım. Rasim onunla “niyə kinli davrandığımı” soruşdu və bundan sonra aramızda mübahisə başladı. Cəzalandırmaq məqsədi ilə vintaçanla Əhmədova zərbələr vurdum. Onu öldürmək niyyətim yox idi. Cinayəti törədəndə mənə heç kim kömək etməyib”.

Hadisə olan ərazi

Zərərçəkmiş şəxsin hüquqi varisi Etibar Əhmədov ifadəsində göstərib ki, oğlu soyğunçuluq əməlinə görə məhkum olunub:

“İyunun 28-də gecə məni çölə çağıran Arif adlı taksi sürücüsü, Rasimin xəstəxanaya aparıldığını bildirdi. Xəstəxanaya gedəndə, polis əməkdaşı zəng edərək, oğlumun öldürülməsi haqda məlumat verdi”.

Mərhumun atası təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Vüqar Əliyevin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib. Ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vüqar Əliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:384
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Aprel 2025 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri