Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda müştərinin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərrux Əsgərov və Rabil Tağıyevlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə cavabdeh şəxslərdən Fərrux Əsgərov iştirak etməyib.
İş üzrə zərərçəkən qisimdə tanınan Maqda Kovalyova bildirib ki, ailəsinin Fərrux Əsgərova 34 520 manat ödənişini sübut edəcək videogörüntü var.
Hakim iddiaçı tərəfə həmin videogörüntünün CD-yə köçürülərək ekspertiza üçün məhkəməyə təqdim edilməsi bildirilib.
Ötən prosesdə iddiaçı tərəf maddi ziyanın ölçülməsi üçün məhkəmə tərəfindən ekspertizanın təyin olunması ilə bağlı müraciət edib.
Məhkəmə 10 gün ərzində ekspertizanın təyin olunması ilə bağlı qərar qəbul edib. Daha sonra cavabdeh Rabil Tağıyev məhkəmədə çıxış edib.
O, Maqda Kovalyovanı və ailəsini 4 ilə yaxın müddətdir tanıdığını və əvvəllər də onlarda işlədiyini, lakin problem yaşamadığını qeyd edib: “Fərrux Əsgərov briqadanı ötən ilin may ayında çağırdı.