Icma.az
close
up
RU
Bakıda dələduzluq etməkdə təqsirləndirilən şəxslərlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib

Bakıda dələduzluq etməkdə təqsirləndirilən şəxslərlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda müştərinin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərrux Əsgərov və Rabil Tağıyevlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə cavabdeh şəxslərdən Fərrux Əsgərov iştirak etməyib.

İş üzrə zərərçəkən qisimdə tanınan Maqda Kovalyova bildirib ki, ailəsinin Fərrux Əsgərova 34 520 manat ödənişini sübut edəcək videogörüntü var. Hakim iddiaçı tərəfə həmin videogörüntünün CD-yə köçürülərək ekspertiza üçün məhkəməyə təqdim edilməsi bildirilib.

Ötən prosesdə iddiaçı tərəf maddi ziyanın ölçülməsi üçün məhkəmə tərəfindən ekspertizanın təyin olunması ilə bağlı müraciət edib.

Məhkəmə 10 gün ərzində ekspertizanın təyin olunması ilə bağlı qərar qəbul edib.

Daha sonra cavabdeh Rabil Tağıyev məhkəmədə çıxış edib.

O, Maqda Kovalyovanı və ailəsini 4 ilə yaxın müddətdir tanıdığını və əvvəllər də onlarda işlədiyini, lakin problem yaşamadığını qeyd edib:

“Fərrux Əsgərov briqadanı ötən ilin may ayında çağırdı. Biz Maqda Kovalyovanın evində çalışmalıydıq. Lakin Fərrux Əsgərov təmirin aparılması üçün nə normal şəkildə material alıb gətirirdi, nə də bizim pulumuzu verirdi. Buna görə də biz işi saxladıq və başqa yerə işləməyə getdik”.

Rabil Tağıyevim çıxışında bəlli olub ki, Fərrux Əsgərov ustaların ona təqdim etdiyi xərclər cədvəlini dəyişib və ödənişi şişirdib. Belə ki, Rabil Tağıyevin evin tam şəkildə təmiri üçün xərcləri təyin etdiyi məbləğ 17 470 manat olsa da, Fərrux Əsgərov həmin məbləği əsassız şəkildə şişirdərək 23 470 manata dəyişib.

“Həmin evdə kiçik iş üçün Maqda xanım məni çağırdı. Elə həmin gün məndən soruşdu ki, ev üçün 30 min manata yaxın ödəniş olunsa da, evdə təmir işləri aparılmayıb. Mən ona təmir üçün 17470 manat pulun lazım olduğunu, bunu cədvəl şəklində hazırladığımı və bunu Fərruxa dediyimi bildirdim. Məsələni aydınlaşdırdıqdan sonra mən yenidən Maqda xanımla əlaqə saxladım. Xərclər cədvəlinin şişirdildiyini ona bildirdim. Bu işdə Fərruxun onu və ailəsi aldatdığını söylədim”.

Rabil Tağıyev əlavə edib ki, Fərrux Əsgərov xərclər cədvəlini şişirtməklə yanaşı, evdə görülən təmirdə ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə edib:
“İlkin xərclər cədvəlini Maqda xanıma göstərdiyim üçün Rabillə aramızda mübahisəm oldu. O, məni vurdu. Bununla bağlı polisə də müraciət etmişdim”.

Məhkəmə Fərrux Əsgərovun növbəti iclaslarda iştirak etmədiyi halda belə keçiriləcəyini proses iştirakçılarının nəzərinə çatdırıb.

Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, cavabdeh Fərrux Əsgərov və Rabil Tağıyev şifahi razılaşma əsasında evi təmir edib təhvil veriləcəyi ilə bağlı öhdəlik götürərək iddiaçılar Vladimir Kovalyov və Maqda Kovalyovadan ümumilikdə 34 min manatdan çox pul alıb. Lakin o, evin təhvil vaxtını dəfələrlə müxtəlif bəhanələr gətirərək təxirə salıb. Evi tam təhvil vermədiyi üçün iddiaçı tərəf cavabdehdən evin təmiri üçün xərclənməmiş 18 min manat vəsaiti tələb edib və bununla bağlı polisə müraciət olunub. Cavabdeh tərəf onlardan vaxt istəyərək 10 gün ərzində evi təhvil verəcəklərini bildirsələr də, heç bir addım atılmayıb.

Daha sonra iddiaçı tərəf məhkəməyə müraciət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Yanvar 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see174

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see173

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see170

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see152

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see149

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see148

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see137

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see134

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see134

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see128

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see126

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri