Bakıda dörd maşının iştirakı ilə qəza baş verdi

12.02.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Zabrat–Məhəmmədi yolunda, Məhəmmədi istiqamətində baş verib.

"AzSamand" markalı avtomobil yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Qarşı istiqamətdən gələn "Kia" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxlayaraq hadisəyə baxmaq istəyib. Bu zaman arxadan gələn "Toyota" markalı avtomobil "Kia"ya çırpılıb.

Zərbə nəticəsində "Kia" markalı avtomobil yolundan çıxaraq qarşıdan gələn digər "Toyota" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində dörd avtomobilə və dayanacağa ciddi ziyan dəyib.

Xəsarət alan olmayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Sənan Bəhrəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью