Bakıda dörd maşının iştirakı ilə qəza baş verdi
Icma.az, Lent az saytına istinadən bildirir.
Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Zabrat–Məhəmmədi yolunda, Məhəmmədi istiqamətində baş verib.
"AzSamand" markalı avtomobil yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Qarşı istiqamətdən gələn "Kia" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxlayaraq hadisəyə baxmaq istəyib. Bu zaman arxadan gələn "Toyota" markalı avtomobil "Kia"ya çırpılıb.
Zərbə nəticəsində "Kia" markalı avtomobil yolundan çıxaraq qarşıdan gələn digər "Toyota" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində dörd avtomobilə və dayanacağa ciddi ziyan dəyib.
Xəsarət alan olmayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Sənan Bəhrəmli
Bu mövzuda digər xəbərlər:Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza baş verdi
04 Yanvar 2025 12:50
Bakıda marşrut avtobuslarının iştirakı ilə qəza baş verdi
29 Dekabr 2025 02:06
Bakıda 7 maşının iştirakı ilə ağır qəza Xəsarət alanlar var
20 Noyabr 2024 21:13
Bakıda 7 maşının iştirakı ilə ağır qəza Yaralılar var (FOTO)
20 Noyabr 2024 21:32
Baxış sayı:111
Bu xəbər 12 Fevral 2026 07:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















