Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Qaradağ rayonunda 28 yaşlı oğlan nişanlısını döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 25-də rayonun Lökbatan qəsəbəsi, Qobu Park-3 yaşayış kompleksində baş verib. Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Sərxan həmin gün saat 10:00-da yaşayış kompleksində mənzillərdən birində nişanlısı Zümrüd (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı stəkanla nişanlısının baş nahiyəsinə vurub, ona xəsarət yetirib.
Faktla bağlı Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ittihama münasibət bildirən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, nişanlısına qarşı törətdiyi qəddar əməlindən peşman olduğunu deyib.
Bundan əlavə zərərçəkmiş Zümrüddə məhkəməyə ərizə təqdim edib. O, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını deyib. Zərərçəkmiş onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə tərəfləri dinləyərək belə hesab edib ki, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 25-də rayonun Lökbatan qəsəbəsi, Qobu Park-3 yaşayış kompleksində baş verib. Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Sərxan həmin gün saat 10:00-da yaşayış kompleksində mənzillərdən birində nişanlısı Zümrüd (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı stəkanla nişanlısının baş nahiyəsinə vurub, ona xəsarət yetirib.