Icma.az
close
up
RU
Bakıda döyülən qadın nişanlısını bağışladı

Bakıda döyülən qadın nişanlısını bağışladı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Qaradağ rayonunda 28 yaşlı oğlan nişanlısını döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 25-də rayonun Lökbatan qəsəbəsi, Qobu Park-3 yaşayış kompleksində baş verib. Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Sərxan həmin gün saat 10:00-da yaşayış kompleksində mənzillərdən birində nişanlısı Zümrüd (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı stəkanla nişanlısının baş nahiyəsinə vurub, ona xəsarət yetirib. 
Faktla bağlı Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ittihama münasibət bildirən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, nişanlısına qarşı törətdiyi qəddar əməlindən peşman olduğunu deyib. 
Bundan əlavə zərərçəkmiş Zümrüddə məhkəməyə ərizə təqdim edib. O, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını deyib. Zərərçəkmiş onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edib. 
Məhkəmə tərəfləri dinləyərək belə hesab edib ki, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see474

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see439

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see383

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see377

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see352

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see346

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see336

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see331

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see327

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see312

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see284

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see284

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see271

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see270

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see268

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see258

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see232

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see212

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri