Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Xəzər rayonunda güclü külək nəticəsində hasar uçub, qadın dağıntıların altında qalıb.
Moderator.az-ın məlumata görə, hadisə rayonun Binə qəsəbəsində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Qocayeva Gülgəz Cabbar qızı yaşadığı Y. Sadıqov küçəsindən keçərkən qonşusuna məxsus hasar güclü küləyin təsirindən aşıb. Nəticədə qadın hasarın altında qalıb.
Qonşuların köməkliyi ilə dağıntıların altından çıxarılan yaralı xəstəxanaya çatdırılıb.
Həkimlər ona sağ baldır sümüyünün açıq sınığı diaqnozu qoyublar. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.