Bakıda güclü külək hasarı uçurdu, qadın ağır xəsarət aldı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Xəzər rayonunda güclü külək nəticəsində hasar uçub, qadın dağıntıların altında qalıb.
Moderator.az-ın məlumata görə, hadisə rayonun Binə qəsəbəsində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Qocayeva Gülgəz Cabbar qızı yaşadığı Y. Sadıqov küçəsindən keçərkən qonşusuna məxsus hasar güclü küləyin təsirindən aşıb. Nəticədə qadın hasarın altında qalıb.
Qonşuların köməkliyi ilə dağıntıların altından çıxarılan yaralı xəstəxanaya çatdırılıb.
Həkimlər ona sağ baldır sümüyünün açıq sınığı diaqnozu qoyublar. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:Bakıda külək hasarı uçurdu, ölən var YENİLƏNİB
05 Fevral 2026 10:41
Bakıda yük maşını hasarı uçurdu Video
18 Dekabr 2024 17:38
Güclü külək Bakıda binanın damını uçurdu Video
31 Dekabr 2025 17:21
Bakıda güclü külək yaşayış binasının damını uçurdu VİDEO
27 İyul 2026 13:31
Bakıda külək hasarı aşırdı Qadın daşların altında qalıb öldü
16 Noyabr 2026 09:23
Baxış sayı:56
Bu xəbər 16 Noyabr 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















