Bakıda hündürmərtəbəli binada YANĞIN FOTO

26.11.2026

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında qeydə alınıb.

"112" qaynar telefon xəttinə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən mənzildə baş verdiyi məlum olub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 81m² olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10m² sahədə yanıb. Mənzilin digər otaqları və qonşu mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью