Bakıda hündürmərtəbəli binada YANĞIN FOTO
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında qeydə alınıb.
"112" qaynar telefon xəttinə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən mənzildə baş verdiyi məlum olub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 81m² olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10m² sahədə yanıb. Mənzilin digər otaqları və qonşu mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Baxış sayı:121
Bu xəbər 26 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















