Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 19 dekabr, Mikayıl Məmmədov, AZƏRTACOxucuların yazıçılarla ünsiyyətdə olması, Azər
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Nəşriyyatçılar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) sədri Şamil Sadiq I Bakı Kitab Festivalını
Festival Bakı İdman Sarayında ANAİB tərəfindən Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilib.Festival “Yeni ilə yeni kitablarla!” şüarı altın
Burada ANAİB üzvləri də daxil olmaqla 30-dan çox nəşriyyat təmsil olunur.
Festivalda, həmçinin yerli qəzet və jurnallar öz çap məhsullarını nümayiş etdirir.Festivalın açılış mərasimində ANAİB-nin sədri Şamil Sadiq salamlama nitqi ilə çıxış edib.
O, qonaqlara təşəkkürünü bildirib və festivala hazırlıq prosesi barədə ətraflı danışıb.Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə Üsküdar Universitetinin rektoru Nazife Güngör, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Fazil Mustafa, Mətbuat Şurasının sədri Rəşad Məcid və Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov çıxışlarında kitab və mütaliənin əhəmiyyətini, cəmiyyətin inkişafındakı rolunu vurğulayıb, eləcə də təhsilin əhəmiyyətini diqqətə çatdırıblar.Şamil Sadiq AZƏRTAC -ın müxbiri ilə söhbətində ədəbiyyatın və mütaliə mədəniyyətinin təbliği baxımından festivalın əhəmiyyətindən danışıb.
“Bizim bu tədbirdən böyük gözləntilərimiz var. Bildiyiniz kimi, sərgidə əsasən Azərbaycan dilində əsərlər çap edən nəşriyyatlar təmsil olunu
Bizim məqsədimiz oxucuları Azərbaycan ədəbiyyatı ilə tanış etməkdir. Bir çox müasir yazıçıların əsərlərinin təqdimatları keçiriləcək.