Icma.az
close
up
RU
Bakıda I Bakı Kitab Festivalı açılıb AZƏRTAC

Bakıda I Bakı Kitab Festivalı açılıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 dekabr, Mikayıl Məmmədov, AZƏRTAC

Oxucuların yazıçılarla ünsiyyətdə olması, Azərbaycan milli ədəbiyyatı ilə tanış olması vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Nəşriyyatçılar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) sədri Şamil Sadiq I Bakı Kitab Festivalının açılışı zamanı deyib. Festival Bakı İdman Sarayında ANAİB tərəfindən Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilib.

Festival “Yeni ilə yeni kitablarla!” şüarı altında keçirilir. Burada ANAİB üzvləri də daxil olmaqla 30-dan çox nəşriyyat təmsil olunur. Festivalda, həmçinin yerli qəzet və jurnallar öz çap məhsullarını nümayiş etdirir.

Festivalın açılış mərasimində ANAİB-nin sədri Şamil Sadiq salamlama nitqi ilə çıxış edib. O, qonaqlara təşəkkürünü bildirib və festivala hazırlıq prosesi barədə ətraflı danışıb.

Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə Üsküdar Universitetinin rektoru Nazife Güngör, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Fazil Mustafa, Mətbuat Şurasının sədri Rəşad Məcid və Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov çıxışlarında kitab və mütaliənin əhəmiyyətini, cəmiyyətin inkişafındakı rolunu vurğulayıb, eləcə də təhsilin əhəmiyyətini diqqətə çatdırıblar.

Şamil Sadiq AZƏRTAC -ın müxbiri ilə söhbətində ədəbiyyatın və mütaliə mədəniyyətinin təbliği baxımından festivalın əhəmiyyətindən danışıb.

“Bizim bu tədbirdən böyük gözləntilərimiz var. Bildiyiniz kimi, sərgidə əsasən Azərbaycan dilində əsərlər çap edən nəşriyyatlar təmsil olunur. Bizim məqsədimiz oxucuları Azərbaycan ədəbiyyatı ilə tanış etməkdir. Bir çox müasir yazıçıların əsərlərinin təqdimatları keçiriləcək. Məktəblilərin və tələbələrin iştirakı gözlənilir. Bu, ANAİB tərəfindən təşkil olunan 18-ci kitab festivalıdır. İndiyədək belə festivallar Gəncə, Sumqayıt, Xırdalan, Lənkəran kimi rayon və şəhərlərimizdə keçirilib”, - deyə həmsöhbətimiz bildirib.

Festivalda ziyarətçiləri 90 faizə qədər endirimli kitablar, tanınmış yazıçı və şairlərin təqdimatları və avtoqraf sessiyaları, məşhur şəxsiyyətlərlə görüşlər, poeziya saatları, eləcə də uşaqlar üçün ucadan nağıl oxuma gözləyir.

Festival dekabrın 22-nə kimi davam edəcək və hər gün saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri