Bakıda iki təkər qaldıran sərxoş sürücü həbs olundu

06.10.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakıda avtoxuliqan həbs olunub.

Lent.az xəbər verir ki, 21 yaşlı N. İsmayılzadə Qaradağ rayonu Sahil qəsəbəsində idarə etdiyi “VAZ-2107” markalı avtomobili sağa-sola hərəkət etdirərək, təkərlərini yerdən qaldırıb. Nəticədə o, yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun həmçinin sərxoş olduğu müəyyənləşib.

Buna görə də avtomobil duracağa yerləşdirilib. Lakin bu zaman N. İsmayılzadə polisin tələbinə əvvəlcə tabe olmayıb. Fakt əsasında onun barəsində müvafiq protokollar tərtib olunub.

İsmayılzadə ifadəsində əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə N. İsmayılzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью