Bakıda iki təkər qaldıran sərxoş sürücü həbs olundu
Lent az saytına istinadən Icma.az xəbər verir.
Bakıda avtoxuliqan həbs olunub.
Lent.az xəbər verir ki, 21 yaşlı N. İsmayılzadə Qaradağ rayonu Sahil qəsəbəsində idarə etdiyi “VAZ-2107” markalı avtomobili sağa-sola hərəkət etdirərək, təkərlərini yerdən qaldırıb. Nəticədə o, yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun həmçinin sərxoş olduğu müəyyənləşib.
Buna görə də avtomobil duracağa yerləşdirilib. Lakin bu zaman N. İsmayılzadə polisin tələbinə əvvəlcə tabe olmayıb. Fakt əsasında onun barəsində müvafiq protokollar tərtib olunub.
İsmayılzadə ifadəsində əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə N. İsmayılzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Bu mövzuda digər xəbərlər:Bakıda sərxoş sürücü həbs olundu
22 Aprel 2026 14:22
Bakıda sərxoş sürücü həbs edildi
09 Oktyabr 2025 10:31
Ələt Astara yolunda iki təkər qaldıran avtoş həbs olundu VİDEO
10 İyun 2025 10:50
Bakıda qəza törədən sərxoş sürücü tutuldu
10 İyun 2025 12:49
Bakıda sərxoş sürücü piyadanı vuraraq ölüdürüb
01 Aprel 2025 09:17
Baxış sayı:108
Bu xəbər 06 Oktyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















