Icma.az bildirir, GlobalInfo portalına istinadən. Havaların isinməsi ilə parklara üz tutan vətəndaşların sayı artır.
Əksəriyyət asudə zamanını belə yerlərdə keçirməyə üstünlük verir.
Lakin son zamanlar parklarda yerləşən ictimai-iaşə obyektləri narazılıq yaradıb.
Bildirilir ki, restoranların sayı getdikcə artır, xüsusilə yay aylarında belə məkanlar ərazi zəbt edilməklə genişləndilir və bu da insanlar üçün müəyyən maneələr yaradır.
Parkların içində bu qədər obyektlərin olması düzgündürmü? Bu, insanların istirahət imkanlarını azaldırmı?
Globalinfo.az-a danışan deputat Aqil Abbas parklarda kafe və çayxanaların olmasını dəstəklədiyini bildirib: Aqil Abbas “Bu, qəbahət deyil.
Məsələn, ora gələn adam bir stəkan çay içmək istəyə bilər. Açığı, parka çox getmirəm, lakin kafelərdə də dincəlmək mümkündür.
Belə obyektlər niyə camaata mane olsun ki? Məsələn, Bulvarda 5-6 kafe var və bu, vətəndaşların hərəkətinə, oturacaqda əyləşməsinə problem ya