Icma.az
close
up
RU
Bakıda insanların getdiyi əsas yer Qadağalar olacaq?

Bakıda insanların getdiyi əsas yer Qadağalar olacaq?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Havaların isinməsi ilə parklara üz tutan vətəndaşların sayı artır. Əksəriyyət asudə zamanını belə yerlərdə keçirməyə üstünlük verir. Lakin son zamanlar parklarda yerləşən ictimai-iaşə obyektləri narazılıq yaradıb. Bildirilir ki, restoranların sayı getdikcə artır, xüsusilə yay aylarında belə məkanlar ərazi zəbt edilməklə genişləndilir və bu da insanlar üçün müəyyən maneələr yaradır.

Parkların içində bu qədər obyektlərin olması düzgündürmü? Bu, insanların istirahət imkanlarını azaldırmı?

Globalinfo.az-a danışan deputat Aqil Abbas parklarda kafe və çayxanaların olmasını dəstəklədiyini bildirib:

Aqil Abbas

“Bu, qəbahət deyil. Məsələn, ora gələn adam bir stəkan çay içmək istəyə bilər. Açığı, parka çox getmirəm, lakin kafelərdə də dincəlmək mümkündür. Belə obyektlər niyə camaata mane olsun ki? Məsələn, Bulvarda 5-6 kafe var və bu, vətəndaşların hərəkətinə, oturacaqda əyləşməsinə problem yaratmır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, həm Azərbaycanda, həm də dünyada biznesin inkişafı dəstəklənir:

Eyyub Hüseynov

“Məhz bu səbəbdən parklarda ticarət yerləri, restoranlar açılır. İlk baxışda bu addımların istehlakçıların maraqlarını qorumağa yönəldiyi təəssüratı yaransa da, əslində məqsəd dövlət büdcəsinə daha çox vergi daxilolmalarını təmin etməkdir. Biz də insanların geniş ərazidə dincəlməsini istəyirik, amma nə etmək olar?!”

Deputat Razi Nurullayev isə parklarda kafelərin olmasını doğru hesab etmir:

Razi Nurullayev

“Beynəlxalq təcrübəyə əsasən, Avropa ölkələrində parklar və meşə sahələrində ticarət obyektlərinin fəaliyyətinə icazə verilmir, yaxud sayla bağlı müəyyən məhdudiyyətlər qoyulur. Azərbaycanda isə parklarda şəxsi ticarət obyektlərinin yaradılması və kafelərin tikilməsi halları müşahidə olunur. Bunun əleyhinə deyiləm,  obyektlərin saylarının məhdudlaşdırılması daha məqsədəuyğun olardı. Parklar yeyib-içmək yeri yox, dincəlmək, gəzmək üçün məkan olmalıdır. Məsələn, insanların idman edə biləcəyi yerlərdə hər addımdan bir restoran-kafe tikilir. Birində əyləşib çay içəndə, paxlava yeyəndə çəki artımından canını qurtara bilmirsən. Ona görə də bu məsələyə yenidən baxılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri