Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mayın 30-da Bakıda “Kıbrıs Evi”nin açılış mərasimi keçirilib.Demokrat.az xəbər verir ki, Azərbaycanın turizm ictimaiyyəti nümayəndələrinin, rəsmi şəxslərin, millət vəkillərinin və mətbuat təmsilçilərinin iştirakı ilə reallaşan tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Termal və Sağlamlıq Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirib ki, “Millennium Tourizm & Congress” DMC və Lefke Avropa Universitetinin uzunmüddətli birgə səyləri və dəstəyi ilə yaradılan “Kıbrıs Evi” Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında əlaqələrin genişləndirilməsinə və daha yüksək səviyyədə inkişafına töhfə verəcək.Assosiasiya sədri qeyd edib ki, bu əlamətdar hadisə Lefke Avropa Universitetinin 35 illik yubileyinə təsadüf edir:“Nə xoş bir təsadüfdür ki, bu il həm də “Millennium Tourizm”in Şimali Kipr Türk Cümhuriyyəti ilə əməkdaşlığının 20 illiyidir.
Biz bu günkü tədbirin baş tutması üçün uzun və gərgin bir fəaliyyət dövrü keçmişik.
Bakıda “Kıbrıs Evi”nin açılması bizim ən böyük arzumuz idi. 20 il öncə xəyalını qurduğumuz bir layihəni bu gün reallaşdırırıq.
Sevincliyik, qürurluyuq”.Lefke Avropa Universiteti İdarə Heyətinin sədri Enver Öztürk bildirib ki, Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini təmsil edəcək bu ev iki ölkə qardaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək:“Mən 20 il əvvəl ŞKTC-nin turizm naziri olanda belə bir ifadə işlətmişdim ki, Azərbaycan-Türkiyə- Şimali Kipr Türk Cümhuriyyəti bir millət-3 dövlətdir.
Dövlətlərarası münasibətlər əvvəlcə siyasi, daha sonra digər müstəvilərdə formalaşır.
Azərbaycanda “Kıbrıs Evi”nin açılması bu əlaqələri daha da genişləndirəcək”.Lefke Avropa Universitetinin pektoru Prof. Dr.
Mehmet Ali Yükselen qeyd edib ki, Azərbaycana hər gəlişində özünü doğma vətənində olduğu kimi hiss edir.