Icma.az
close
up
RU
Bakıda “Kıbrıs Evi”nin açılışı olub FOTOLAR

Bakıda “Kıbrıs Evi”nin açılışı olub FOTOLAR

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 30-da Bakıda “Kıbrıs Evi”nin açılış mərasimi keçirilib.
Demokrat.az xəbər verir ki, Azərbaycanın turizm ictimaiyyəti nümayəndələrinin, rəsmi şəxslərin, millət vəkillərinin və mətbuat təmsilçilərinin iştirakı ilə reallaşan tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Termal və Sağlamlıq Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirib ki, “Millennium Tourizm & Congress” DMC və Lefke Avropa Universitetinin uzunmüddətli birgə səyləri və dəstəyi ilə yaradılan “Kıbrıs Evi” Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında əlaqələrin genişləndirilməsinə və daha yüksək səviyyədə inkişafına töhfə verəcək.
Assosiasiya sədri qeyd edib ki, bu əlamətdar hadisə Lefke Avropa Universitetinin 35 illik yubileyinə təsadüf edir:
“Nə xoş bir təsadüfdür ki, bu il həm də “Millennium Tourizm”in Şimali Kipr Türk Cümhuriyyəti ilə əməkdaşlığının 20 illiyidir. Biz bu günkü tədbirin baş tutması üçün uzun və gərgin bir fəaliyyət dövrü keçmişik. Bakıda “Kıbrıs Evi”nin açılması bizim ən böyük arzumuz idi. 20 il öncə xəyalını qurduğumuz bir layihəni bu gün reallaşdırırıq. Sevincliyik, qürurluyuq”.
Lefke Avropa Universiteti İdarə Heyətinin sədri Enver Öztürk bildirib ki, Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini təmsil edəcək bu ev iki ölkə qardaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək:
“Mən 20 il əvvəl ŞKTC-nin turizm naziri olanda belə bir ifadə işlətmişdim ki, Azərbaycan-Türkiyə- Şimali Kipr Türk Cümhuriyyəti bir millət-3 dövlətdir. Dövlətlərarası münasibətlər əvvəlcə siyasi, daha sonra digər müstəvilərdə formalaşır. Azərbaycanda “Kıbrıs Evi”nin açılması bu əlaqələri daha da genişləndirəcək”.
Lefke Avropa Universitetinin pektoru Prof. Dr. Mehmet Ali Yükselen qeyd edib ki, Azərbaycana hər gəlişində özünü doğma vətənində olduğu kimi hiss edir. Onun sözlərinə görə, azərbaycanlı tələbələrin təmsil etdiyi universitetə getdikcə daha çox maraq göstərməsi bir rektor olaraq onu çox sevindirir.
Lefke Avropa Universitetinin dünya reytinqində öncül yerlərdə qərarlaşdığını deyən rektor bildirib ki, təmsil etdiyi ali təhsil ocağında təlim proqramları beynəlxalq standartlara və akkreditasiyalara uyğundur ki, bu da yüksək keyfiyyətli təhsili və diplomların bütün dünyada tanınmasını təmin edir.
Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib ki, 21-ci yüz il türk əsridir. Onun sözlərinə görə, parlamentdə Azərbaycan-Kipr Dostluq Qrupunun yaradılması Şimali Kiprin haqqını tanımaq istəməyənlərə bir qardaş cavabıdır:
“Mən sizlərə evinizə xoş gəldiniz deyirəm. Bizim yolumuz birdir. Əminəm ki, bir gün bütün dünya Kıbrısı tanıyacaq”.
Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı rəsmi nümayəndəsi Ufuk Turganer Azərbaycanda çalışmağın, ölkəsinin təmsilçiliyini həyata keçirməyin onun üçün ayrı bir zövq olduğunu diqqətə çatdırıb və bildirib ki, cənab İlham Əliyevin siyasətinin mühüm bir istiqaməti türk dövlətlərinin birliyidir:
“Bu siyasət bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafını şərtləndirir. Bizim əsas vəzifəmiz də bu siyasəti dəstəkləmək və həyata keçirməkdir”.
Sonra tədbir iştirakçıları Şimali Kiprin tarixini əks etdirən fotoşəkillərə baxıblar.





 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see264

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see260

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see254

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see251

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see239

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see231

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see224

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see215

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see214

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see210

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see202

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see200

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see194

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see193

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see184

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see184

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see176

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see176

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see166

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri